KİV: Meksikada üç avtobus toqquşub, 11 nəfər ölüb


Dünya 19 Noy 2019 11:50:51 324 0

KİV: Meksikada üç avtobus toqquşub, 11 nəfər ölüb

Polisdən verilən bilgiyə görə, hər üç avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Meksikanın Mexiko ştatında Mexiko-Paçuka avtomobil yolunun 16-cı kilometrliyində üç avtobusun toqquşması nəticəsində azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Milenio" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, qəza bazar ertəsi yerli vaxtla saat 20:00-da baş verib. Polisdən bildirilib ki, hər üç avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Mexiko ştatının Mülki Müdafiə Xidmətinin baş koordinatoru Luis Felipe Puente "Twitter" səhifəsində qəza yerində yanğınsöndürənlərin, polisin və Qırmızı Xaçın Meksika bölməsinin əməkdaşlarının işlədiyini yazıb.