Ayaz Mirzəyev Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad olunub


Siyasət 19 Noy 2019 12:29:36 296 0

Ayaz Mirzəyev Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad olunub

Nazirlər Kabinetinin&Mətbuat Xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən azad olunub.&

Ayaz Mirzəyev

Nazirlər KabinetininMətbuat Xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən azad olunub.

"Report" xəbər verir ki, bunu A.Mirzəyevin özü bildirib.

"Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm", - A.Mirzəyev deyib.