Bakıda avtomobilin dövlət qeydiyyat nişanları oğurlanıb


Sosial 19 Noy 2019 12:35:21 264 0

Bakıda avtomobilin dövlət qeydiyyat nişanları oğurlanıb

Bakıda&avtomobilin dövlət qeydiyyat nişanları oğurlanıb.

Bakıdaavtomobilin dövlət qeydiyyat nişanları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,Sabunçu Rayon Polis İdarəsinin12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov noyabrın 8-nə keçən gecə qəsəbə ərazisindən “QAZ-31029” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsiDövlət Yol Polisi İdarəsivə 12-ci Polis Şöbəsiəməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən dövlət qeydiyyat nişanlarının noyabrın 17-də Nərimanov rayonu Xətai prospektində “VAZ-2106” markalı avtomobilin üzərində olması müəyyən edilib və görülən tədbirlərlə həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.