Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var - VİDEO


Sosial 19 Noy 2019 14:17:17 340 0

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var - VİDEO

Bakıda zəncirvari yol qəzası baş verib.

Bakıda zəncirvari yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus KİA markalı maşına dəyib.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.