Dövlət agentliyinin Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu


Digərləri 19 Noy 2019 15:16:00 337 0

Dövlət agentliyinin Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qəzaya uğrayan əməkdaşlarının adları məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Ağsu aşırımında qeydə alınıb. AAYDA-nın yollara nəzarət edən avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində AAYDA-nın əməkdaşları-Abşeron rayonu, Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

T. Rüstəmov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.