Türkiyə-Almaniya birgə müəssisəsi 10 ədəd “Boeing 737 Max 8” alacaq


İqtisadiyyat 19 Noy 2019 14:26:06 286 0

Türkiyə-Almaniya birgə müəssisəsi 10 ədəd “Boeing 737 Max 8” alacaq

Mərkəzi qərargahı Türkiyənin Antalya şəhərində yerləşən “SunExpress” aviaşirkəti 10 ədəd “Boeing 737 Max 8” markalı sərnişin təyyarəsi sifariş edib

Mərkəzi qərargahı Türkiyənin Antalya şəhərində yerləşən“SunExpress” aviaşirkəti 10 ədəd “Boeing 737 Max 8” markalı sərnişin təyyarəsisifariş edib.

“Report” bu barədəxarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki,aviaşirkət bundan əvvəl də 32 ədəd “Boeing 737 Max 8” təyyarəsi sifariş etmişdi. Beləliklə, 42 təyyarə "SunExpress"ə 1,2 milyard ABŞ dollarına başa gələcək.

Xatırladaq ki, “Boeing 737 Max 8” təyyarələrində keçən ilin oktyabr ayında və bu ilin mart ayında baş vermiş qəzalarda 346 nəfər həlak olub. Bundan sonra əksər ölkələr butəyyarələrin istismarını dayandırıb.

"SunExpress" 1987-ci ildə yaradılıb. Burada Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti və Almaniyanın“Lufthansa” aviaşirkəti hər biri 50% paya malikdir.