Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır


İqtisadiyyat 19 Noy 2019 14:51:18 313 0

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır

Bakı Nəqliyyat Agentliyi havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksiyon xəstəliklərin yayılması ehtimalının artmasını nəzərə alaraq qabaqlayıcı tədbirlərə başlayıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksiyon xəstəliklərin yayılması ehtimalının artmasını nəzərə alaraq qabaqlayıcı tədbirlərə başlayıb.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, bu çərçivədə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbilərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.