İranda qatar relsdən çıxdı


Dünya 19 Noy 2019 15:05:00 341 0

İranda qatar relsdən çıxdı

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Marağa rayonu ərazisində Təbriz-Tehran qatarının iki vaqonu relsdən çıxıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayəti Marağa rayonu fövqəladə hallar idarəsinin rəsmisi Nəqi Meskini deyib.

N.Meskininin sözlərinə görə, vaqonların relsdən çıxması nəticəsində insan itkisi olmayıb.

Meskini əlavə edib ki, vaqonların sərnişinləri müvəqqəti olaraq rayonun Xodacu şəhərinə nəql olunublar.