AAYDA-nın Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu


Digərləri 19 Noy 2019 15:07:00 285 0

AAYDA-nın Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu

Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qəzaya uğrayan əməkdaşlarının adları məlum olub.

Bakı. Samir Əli - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qəzaya uğrayan əməkdaşlarının adları məlum olub. Trend-in məlumatına görə, hadisə Ağsu aşırımında qeydə alınıb. AAYDA-nın yollara nəzarət edən avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində AAYDA-nın əməkdaşları-Abşeron rayonu, Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. T. Rüstəmov xəstəxanada dünyasını dəyişib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin