Xalq artisti səhnədən getdi
Dünya 19 Noy 2019 14:46:28 323 0
Rusiyanın Xalq artisti Mixail Boyarski səhnədən getdiyini elan edib.
Son.az APA-ya istinadən xəbər verir ki, o, 70 yaşının yaxınlaşması ilə əlaqədar bu fikrə gəldiyini deyib.
Aktyor artıq qocaldığını və həkimlərin qayğısına daha çox ehtiyacı yarandığını bildirib.
M.Boyarski dekabrın 26-da 70 illik yubileyini qeyd edəcək. Lakin o, doğum günlərini keçirməyi sevmədiyini və tez keçib getməsini arzuladığını diqqətə çatdırıb.
Mənbə: milli.az