Ağsuda yük maşını aşdı - 2 nəfər ağır yaralandı


Digərləri 19 Noy 2019 14:36:00 256 0

Ağsuda yük maşını aşdı - 2 nəfər ağır yaralandı

Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Ağsu aşırımında qeydə alınıb. Yük avtomobilinin aşması nəticəsində xəsarət alan iki nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən biri koma vəziyyətindədir, digərinin vəziyyəti isə nisbətən normaldır. Hazırda onlara ilkin tibbi yardım göstərilir. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin