Türkiyəİran sərhədində zəlzələ olub, Naxçıvanda da hiss edilib


Dünya 19 Noy 2019 13:03:00 384 0

Türkiyəİran sərhədində zəlzələ olub, Naxçıvanda da hiss edilib

Türkiyə-İran sərhədində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Son.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04:14-də Naxçıvan stansiyasından 125 km cənub-qərbdə, Türkiyə-İran sərhədində qeydə alınıb. Zəlzələnin maqnitudası 5.0, dərinliyi 44 km olub.  

Zəlzələ Naxçıvan MR-nın cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.