Ankara və İstanbul arasında yeni sütət qatarı işləyəcək


Dünya 19 Noy 2019 12:58:00 285 0

Ankara və İstanbul arasında yeni sütət qatarı işləyəcək

Ankara və İstanbul arasında yeni sürət qatarları xəttə buraxılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Dəmir Yol Şirkətinin (TCDD) başçısı Kamuran Yazıcı deyib. Onun sözlərinə görə, sürət qatarının sürətinin saatda 300 kilometr olacağı gözlənilir.

K.Yazıcı qeyd edib ki, yeni qatarlar Almaniyanın "Siemens" şirkətindən alınıb və bu il noyabrın 22-də Türkiyəyə gətiriləcək.

Şirkət rəhbəri qeyd edib ki, Ankara və İstanbul arasında bu qatarların istismarına artıq gələn il fevralın 1-dən başlanılacaq.