Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb FOTO


Digərləri 19 Noy 2019 12:35:00 408 0

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu uğurla başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və tələbələr iştirak ediblər.

Son.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə çıxışı zamanı bildirib ki, 2 ay davam edən "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti mərhələsi müvəffəqiyyətlə öz işini yekunlaşdırıb. O bildirib ki, əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması olan layihə boyunca təcrübəli ekspertlər təlimlər keçiblər. 

Rektor qeyd edib ki, proqramda Bakı Ali Neft Məktəbi ilə yanaşı, mühəndislik ixtisası üzrə təhsil alan bir çox ali məktəblərin də tələbələri iştirak ediblər.  "İngilis dilində həyata keçirilən layihə təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş tələbələrə, həm də menecment və biznes sahəsində geniş bilgilər verib. Əsas məqsəd gənc mühəndislərə ümumi biznes biliklərini, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarəedilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçirilərək savadlı, intellektual kadrlar yetişdirməkdir", - rektor əlavə edib. 

Tədbirdə çıxış edən "BP-AGT"-nin KİV və Əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində BP şirkəti sosial layihələrə sərmayə yatırıb. "Bu layihələr arasında təhsil proqramları üstünlük təşkil edir. Ali məktəblərlə əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbi ilə bir neçə uğurlu layihələr həyata keçirilib ki, bunlardan biri də "Mühəndislər üçün biznes təhsili" layihəsidir", - T.Bayatlı qeyd edib.  Daha sonra, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə çıxışlarında layihənin tələbələr üçün əhəmiyyətindən danışıblar.