13 yaşlı qız özünü binadan atdı


Dünya 19 Noy 2019 12:40:00 306 0

13 yaşlı qız özünü binadan atdı

13 yaşlı qız özünü çoxmərtəbəli binadan ataraq öldürüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 13 yaşında hamilə qalan qız bu səbəbdən anası ilə dalaşdığına görə canına qəsd edib. Dəhşətli hadisə Taylandda, Banqkok şəhərində baş verib.

Mətbuatda adı Pinkie kimi keçən azyaşlı intihardan əvvəl ayaqlarını göydələnin damından sallayaraq çəkilmiş şəklini rəfiqəsinə göndərərək "mən gedirəm, səni sevirəm" mesajını yazıb.

Qızın ölümünə görə 6 nəfər saxlanılıb. Məlum olub ki, 6 oğlan onu qrup halında zorlayıb. Qız hamilə olması barədə sosial şəbəkələrdə status yazıb.