Sumqayıtda yeniyetmə 42 yaşlı kişini bıçaqladı


Digərləri 19 Noy 2019 12:04:00 286 0

Sumqayıtda yeniyetmə 42 yaşlı kişini bıçaqladı

Sumqayıt sakini qonşusunu bıçaqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində qeydə alınıb. 

Həmin massivdə yaşayan, 2004-cü il təvəllüdlü Şəfi Məmmədov münaqişə zəminində qonşusu, 1977-ci il təvəllüdlü Yasər Rüstəmova çoxsaylı bıçaq zərbələri vurub.Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.