Hesab.az-da “Masterpass”la bir toxunuşla ödəniş edin!


Digərləri 19 Noy 2019 12:05:00 248 0

Hesab.az-da “Masterpass”la bir toxunuşla ödəniş edin!

Hesab.az daha bir yeniliyi istifadəçilərinə təqdim edir.

Bakı. Hesab.az daha bir yeniliyi istifadəçilərinə təqdim edir. İstifadəçilərinin rahatlığını düşünən bir portal olaraq, Hesab.az dünyada baş verən texnoloji yenilikləri öz sisteminə tətbiq edərək, funksionallığını həmişə daha da inkişaf etdirir. Artıq Hesab.az veb səhifəsində “Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək mümkün olacaq. Belə ki, əgər “Masterpass”da öncədən saxlanılan kartınız varsa, ödəniş mərhələsinə keçdiyiniz zaman sizə ödəniş etməyiniz üçün həmin kartlar təklif olunacaq. Təsdiqlədiyiniz zaman telefon nömrənizə təhlükəsizlik kodu göndəriləcək. Təhlükəsiz şəkildə ödəməniz uğurla başa çatacaq. Əgər “Masterpass”da öncədən saxladığınız kartınız yoxdursa, sizə “”Masterpass”da kartınızı saxlayın” bildirişi görünəcək. Kart məlumatlarınızı daxil edərək “Masterpass”da kartınızı bir neçə saniyədə yaddaşda saxlaya biləcəksiniz. Növbəti dəfə ödəniş edilən zaman istifadəçinin qeydiyyatdan keçirdiyi kartlar avtomatik olaraq görünəcək. Eyni zamanda siz, Hesab.az-da saxladığnız kartlar seçimi ilə də ödənişinizi həyata keçirə biləcəksiniz. Məlumat üçün qeyd edək ki, “Masterpass” platforması “Mastercard”ın qlobal olaraq təqdim etdiyi, bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həllidir. “Masterpass”la kart məlumatları təhlükəsiz şəkildə “Mastercard” tərəfində yadda saxlanılır. Kart məlumatları “Masterpass”a sadəcə bir dəfə daxil edilir və bundan sonra hər ödəniş zamanı məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.