50 yaşlı Rusiya vətəndaşı Tərtərdə hamamda boğulub öldü


Digərləri 19 Noy 2019 11:06:00 250 0

50 yaşlı Rusiya vətəndaşı Tərtərdə hamamda boğulub öldü

Tərtər rayonunda bir nəfər dəm qazından ölüb.

Bakı. Samir Əli - Tərtər rayonunda bir nəfər dəm qazından ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu Tərtər rayonunun Qaradağlı kəndində olan evin həyətindəki hamamda çimərkən dəm qazından boğularaq ölüb. N.Nəbiyevin meyiti hamamda aşkar edilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin