Maykl Ceksonu ölümündən sonra məhkəməyə verdilər FOTO


Digərləri 19 Noy 2019 10:05:00 297 0

Maykl Ceksonu ölümündən sonra məhkəməyə verdilər  FOTO

"Neverlandı tərk edəndə" adlı qalmaqallı sənədli filmin baş qəhrəmanı olmuş Uade Robson və Ceyms Seyfçak popun kralı, mərhum Maykl Ceksonun miras fondunu məhkəməyə veriblər. Səbəb isə pop kral tərəfindən cinsi zorakılığa məruz qalmaları olub. Onlar bundan öncə də Ceksonun varislərini məhkəməyə veriblər. Qismən məhdudiyyət müddətinə görə 2017-ci ildə irəli sürülən iddialar rədd edilib. Musiqiçinin hər iki qurbanı, onların fikrincə, ədalətsiz qərara etiraz etmək üçün apelyasiya şikayəti veriblər, lakin bu günə qədər iş yerindən tərpənməyib.

Son.az ölkə.az-a istinadən bildirir ki, TMZ portalı Kaliforniya ştatının yeni qanunları sayəsində uşaqlara qarşı zorakılıq ilə əlaqəli cinayətlərə dair məhdudiyyət müddətinin dəyişdirildiyini, Robson və Seyfçakın cinayətkarları məsuliyyətə cəlb etmək şansları olduğunu öyrənə bilib.

İlk dinləmələr isə bu həftənin sonunda baş tutacaq. Məhkəmə heyəti Uade ilə Ceymsin uşaqlıqda Ceksonun əlindən əziyyət çəkdiklərini və mərhum pop krala qarşı qalmaqallı məsələ ilə bağlı əhəmiyyətli arqumentlərin olub-olmadığını araşdırılacaq.

M.Ceksonun qurbanlarının hekayəsi yanvar ayında, HBO-da yayımlanan dörd saatlıq filmdə nümayiş olunmuşdu. Sənədli ekran işində popun əfsanəsinin rançosuna qonaq gedən uşaqların zorlandığı materiallar əks olunub.

(adsgarden = window.adsgarden || []).push({});