Qubada avtomobil dərəyə aşdı, bir yaşlı uşaq öldü


Digərləri 19 Noy 2019 09:35:00 236 0

Qubada avtomobil dərəyə aşdı, bir yaşlı uşaq öldü

Qubada bir yaşlı körpə yol qəzasında ölüb.

Bakı. Samir Əli - Qubada bir yaşlı körpə yol qəzasında ölüb. Trend-in məlumatına görə, hadisə rayonun İspik kəndi ərazisində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Qədirov Elnur Qrybəli oğlu etibarnamə ilə idarə etdiyi "VAZ 2106" markalı 27 BT 194 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin qabaq oturacağında oturan dayısı oğlu, 2018-ci il təvəllüdlü Poladov Polad Şaban oğluna başı qarışıb və diqqəti yoldan yayınması nəticəsində avtomobil yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində P.Poladov hadisə yerində dünyasını dəyişib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin