“Facebook”da yarım ildə 3 milyarddan çox saxta hesab silinib


Digərləri 19 Noy 2019 08:41:00 354 0

“Facebook”da yarım ildə 3 milyarddan çox saxta hesab silinib

"Facebook" sosial şəbəkəsi və "Instagram" üzərində hüquqlara sahib olan ABŞ-ın "Facebook" korporasiyası 2019-cu ilin aprel-sentyabr aylarında təxminən 3,2 milyard saxta hesab silib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Biz son iki rübdə saxta hesabların yaradılmasının qarşısını daha səmərəli almışıq" - "Facebook"un nümayəndəsi deyib.

Şirkətin nümayəndələri, həmçinin məlumat veriblər ki, aprel-sentyabr aylarında zəhlətökən reklamdan ibarət 4,1 milyarddan çox mesaj və zorakılıq hadisələrinə aid 54,5 milyon post silinib.

Hesabatda, həmçinin "Instagram"da silinmiş məzmun haqqında məlumatlar göstərilib.

(adsgarden = window.adsgarden || []).push({});