Aktrisa avtobusun altında qalıb öldü
Dünya 19 Noy 2019 08:53:00 341 0
Britaniyalı aktrisa Ceyn Heyuord 69 yaşında vəfat edib.
Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Rikmansuort şəhərində bədbəxt hadisə nəticəsində həyatını itirib. Belə ki, yolu keçmək istəyən Heyuord ikimərtəbəli avtobusun təkərləri altında qalıb. Nəqliyyat vasitəsi onu bir neçə metr irəliyə sürüyüb. Aktrisa aldığı zədələr səbəbindən dünyasını dəyişib.
Saysız-hesabsız rolları ilə tanınan Heyuord son olaraq "Kolleksiya" adlı qısametrajlı filmdə yer alıb.
Mənbə: milli.az