İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb


Digərləri 19 Noy 2019 08:59:00 274 0

İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

Tezliklə ilk "ağıllı" "Nokia" televizoru təqdim ediləcək.

Son.az ictnews.az-a istinadən bildirir ki, artıq "Nokia" televizoru Hindistan Standartlar Bürosunda sertifikatlaşdırmadan keçib. İstehsalçının məlumatına görə, televizor "4K" təsvir ölçülü 55 düym diaqonallı ekranla təchiz ediləcək. Qurğunun təsvirində daha yaxşı kontrasta və daha dərin qara rəngə nail olmağa imkan verən "ağıllı" tündləşdirmə texnologiyasından istifadə edildiyi qeyd olunur. Digər istehsalçılar tərəfindən bu funksiya lokal tündləşdirmə adlanır. Bundan əlavə, yeni qurğuda "JBL" akustikasından istifadə nəzərdə tutulur.

Məlumata görə, "Android 9 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək "Nokia" televizoru "Google Play" əlavələr mağazası ilə təchiz ediləcək. Modeldə "Android TV" və ya şirkətin şəxsi proqram təminatından istifadə ediləcəyi barədə məlumat verilmir.

(adsgarden = window.adsgarden || []).push({});