iPad Pro və iPhone'lar 3D kamera modulu ilə təchiz olunacaqlar


Digərləri 19 Noy 2019 08:35:00 309 0

iPad Pro və iPhone'lar 3D kamera modulu ilə təchiz olunacaqlar

Amerikalı jurnalist Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti artırılmış və virtual reallıq texnologiyası üzrə ciddi işlər görməyi planlaşdırır. Məlumata əsasən gələn ilin birinci yarısnda Apple şirkəti biri 3D kamera modulu olmaqla üçlü arxa kameraya sahib iPad Pro modelini təqdim edəcək. Bu barədə Bloomberg saytı xəbər verib. Həmin 3D kamera vasitəsilə istifadəçilər otaqların, insanların və əşyaların 3D modellərini yarada biləcəklər.

Son.az technote.az-a istinadən bildirir ki, bununla yanaşı şirkət sözügedən 3D kameranın həmçinin gələn ilki iPhone modellərinə də quraşdırmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, şirkət öz ilk AR cihazını 2022-ci ildə satışa çıxardacaq. Məşhur analitik Ming-Chi Kuo dəfələrlər qeyd edirdi ki, şirkət öz ilk AR cihazını məhz gələn il təqdim edəcək. Lakin görünür, bu belə olmayacaq.

(adsgarden = window.adsgarden || []).push({});