Dayənin hamamda unutduğu körpə öldü


Dünya 19 Noy 2019 08:28:00 275 0

Dayənin hamamda unutduğu körpə öldü

Rusiyada ailə faciəsi baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, evlərdən birində çalışan dayə 5 aylıq uşağı vanna otağında unudub. Nəticədə körpə suda boğulub. Xəbəri eşidən 37 yaşlı ana Kseniya A. əsəb pozğunluğu keçirib və xəstəxanalardan birinin psixiatriya şöbəsinə  yerləşdirilib.

Qeyd edək ki, Kseniya 2 övladını dayəyə tapşıraraq işə yollanıb. Qadın uşaqları çimizdirmək qərarına gəlib. Əvvəlcə uşaqlardan birini vanna otağından çıxaran dayə 5 aylıq körpəni suda unudub. Qayıdarkən isə uşağın nəfəs almadığını görüb.