Yaponiya Aya yük gəmilərinin göndərilməsi üçün iki variant hazırlayıb


Digərləri 19 Noy 2019 08:01:00 311 0

Yaponiya Aya yük gəmilərinin göndərilməsi üçün iki variant hazırlayıb

Yaponiyanın ağır maşınqayırma sahəsində aparıcı "Mitsubishi Heavy Industries" korporasiyası hökumətə 2025-ci ildən sonra Ay orbitində fəaliyyətə başlayacaq beynəlxalq stansiyaya yük gəmilərinin göndərilməsi üçün iki variant təklif edib. Hər iki təklif Yaponiyanın yeni "Н-3" ağır raketdaşıyıcısının modifikasiyalarının birindən istifadəyə əsaslanır. Bu barədə "Kyodo" informasiya agentliyi məlumat verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, istismarına 2020-ci ildə başlanacaq "Н-3" raketdaşıyıcısından ilk növbədə Yer orbitində Beynəlxalq Kosmik Stansiyaya pilotsuz yük gəmilərinin buraxılışı üçün istifadə nəzərdə tutulur. Lakin raketdaşıyıcısının gücü Aya belə aparatların göndərilməsi üçün yetərli olmayacaq. Bu səbəbdən korporasiya kosmik yüklərin Yer peykinə sonradan yığılaraq birləşdiriləcək iki hissə şəklində çatdırılması üçün variantı nəzərdən keçirir. Bu, belə mürəkkəb əməliyyatlar üçün yeni distansiyalı idarəetmə texnologiyalarının hazırlanmasını tələb edəcək.

Həmçinin "Н-3" raketdaşıyıcısının gücünün təxminən iki dəfə artırılması variantı mövcuddur. Bu, onu yığılmış şəkildə təkcə yük gəmisinin Aya göndərilməsi üçün deyil, həm də ora digər ağır yüklərin, məsələn, Yer peykinin səthi üzərində hərəkət üçün xizəkli-tırtıllı avtomobillərin, orada yaşayış bazasının tikilməsi üçün blokların çatdırılması üçün istifadə etməyə imkan verəcək. Korporasiya tərəfindən belə raketin təxminən 2030-cu ildə istismara hazır olması təklif edilir.

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency - JAXA) kosmik gəminin Aya hissələr şəklində göndərilməsi variantına üstünlük verərək bunun daha ucuz başa gələcəyini düşünür.

(adsgarden = window.adsgarden || []).push({});