Səfir: IGB layihəsinin reallaşdırılması Cənub-Şərqi Avropanın təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək


Digərləri 19 Noy 2019 07:45:00 248 0

Səfir: IGB layihəsinin reallaşdırılması Cənub-Şərqi Avropanın təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) ilk iki kilometrində torpaq işləri başlayıb

Bakı. Ləman Zeynalova - Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) ilk iki kilometrində torpaq işləri başlayıb. Bunu Trend-ə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib. O qeyd edib ki, noyabrın 11-də IGB-nin tikintisində irəliləyişin yoxlanılması üçün təftiş keçirilib: "Tədbirdə Bolqarıstanın baş naziri Boyko Borisov, energetika naziri Temenujka Petkova, ABŞ-ın Bolqarıstandakı səfiri Herro Mustafa, Yunanıstan səfiri Dimitrios Xronopulos, ICGB AD layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva və digər rəsmi şəxslər iştirak edib". Onun sözlərinə görə, təftiş zamanı Bolqarıstan tərəfi bəyan edib ki, 2020-ci ilin sonunadək ölkə Azərbaycan, ABŞ, Qətər, Misir və digər mənbələrdən qaz idxalını təmin edəcək və enerji müstəqilliyini əldə edəcək: "Qeyd olunub ki, IGB layihəsi Cənub-Şərqi Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsini təmin edəcək".