Günün qoroskopu: çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız


Digərləri 19 Noy 2019 00:01:00 375 0

Günün qoroskopu: çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - işləmək və yaradıcılıq məsələlərin həlli üçün pis gün deyil. Çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız. Qoçlar bu gün xüsusilə şöhrətpərəst olacaqlar və bu, onlara məqsədlərinə doğru irəliləməkdə yardım edəcək. Ayrı-ayrı anlarda özünüzdən və ətrafdakılardan narazı qala bilərsiniz. Lakin ümumilikdə əhval-ruhiyyəniz yaxşı olacaq. Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət üçün münasibdir. Bu vaxt ovqatınız yüksələcək, siz şən və gülərüz olacaqsınız. Yeni tanışlıqlar da mümkündür. Kiminlə əlaqə qurub-qurmamağı sizə intuisiyanız deyəcək.

Buğa - Maraqlı adamlarla ünsiyyətdən zövq alacaqsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür. Təəssüf ki, nikahda olan və ya sizə ciddi yanaşmaq istəməyən adamla əlaqə də istisna deyil. Böyük xərclər və uğursuz bazarlıqlar günüdür. Siz gözəl, amma işə yaramayan şeylərə meyl edirsiniz.

Əkizlər - Əkizlər onlar üçün əhəmiyyətsiz görünən məsələlərin həllində səylərini əsirgəməsələr, peşə sahəsində uğurlar qazana bilərlər. Bu gün hər bir xırdalıq diqqətəlayiqdir. Rəhbər Əkizlər işçilərinin fəaliyyətini diqqətlə izləməlidirlər. Onların səhvi ümumi işin nəticələrinə təsir edə bilər. Günün ikinci yarsında alacağınız xəbər, dost məsləhəti və ya qohumlarla görüş maliyyə vəziyyətinizə müsbət təsir göstərəcək. Yaxşı nəticə əldə etmək üçün ölçü hissini unutmayın: çoxlu problemlərin həllinə girişmək, eyni vaxtda bir neçə işlə məşğul olmaq tövsiyə olunmur.

Xərçəng - ətrafda baş verən hər şeyə çox kəskin reaksiya verirsiniz. Bugünkü hərəkətlərinizi düşünülmüş, qərarlarınızı isə ölçülüb-biçilmiş adlandırmaq çox çətindir. Siz insanları tez-tez küsdürür, asanlıqla özünüzə düşmən qazanırsınız. Bir çox Xərçənglər qalib kimi çıxacaqları az ehtimal olunan mübarizəyə qoşulacaqlar. Qohumlarla münasibətlər kəskinləşəcək. Xərçənglər ətrafdakılara təzyiq göstərməyə çalışırlar, bəzən özlərini aqressiv aparırlar. Günün ikinci yarısında gərginlik azalacaq və ovqatınızı düzələcək. Bu vaxt bir çoxları probelmlərinin həlli yolunu tapacaqlar.

Şir -  Bu gün Şirlər sona çatdıra bilib-bilməyəcəklərini düşünmədən cəsarətlə yeni işlərə girişəcəklər. Cəsur eksperimentlər, avantüralar və yeni başlanğıclara meyl bürcün nümayəndələrini düşünülməmiş hərəkətlərə təhrik edə bilər. Amma Şirlər səhvləri də o qədər şən və gülər üzlə edəcəklər ki, onlara köməyə gəlmək istəyənlər tapılacaq. Gün fiziki iş və idmanla məşğul olmaq üçün münasibdir. Maliyyə mənzərəsi əlverişlidir. Alış-veriş etmək, qiymətli kağızlara pul qoymaq olar. Ailəli Şirlər yaxınlarının rifahının qayğısına qala bilərlər.

Qız - günün birinci yarısında ünsiyyət zamanı ehtiyatlı olmalısınız. Siz hər şeyə tez inanırsınız və bu səbəbdən başqalarının manipulyasiya və intriqalarının qurbanına çevrilə bilərsiniz. Sizi aldatmaq, həqiqətlə heç bir əlaqəsi olmayan şeylərə inandırmaq üçün xüsusi məkrə ehtiyac yoxdur. Vacib qərarların qəbulundan çəkinmək tövsiyə olunur. Nəzərə alın ki, bütün gün ərzində qadınlarla yola getmək çətin olacaq. Xüsusilə, orta yaşlı və ağbirçək xanımlarla dil tapmaq  çətin olacaq.

Tərəzi - sakit düşüncələr və uzunmüddətli planlaşdırmalar üçün münasib olan pis gün deyil. Dəqiqlik, səliqə və çalışqanlıq tələb edən işlərlə məşğul olmaq mümkündür. Yaradıcı məsələlərin həllində vəziyyət o qədər də yaxşı olmayacaq. Bürcün bir çox nümayəndələri, nəhayət ki, fikirlərini çoxdandır diqqət tələb edən ailə işlərində cəmləşdirə biləcəklər. Burada təşkilatçılıq qabiliyyəti lazım gələcək. Uşaqların sizin şəxsi iştirakınız və əhəmiyyətli xərclər olmadan həlli qeyri-mümkün problemləri yarana bilər.

(adsgarden = window.adsgarden || []).push({});