Hansı xəstəliklər korluğa səbəb olur? Əlaməti gözlərdən başlamır


Digərləri 18 Noy 2019 23:45:00 384 0

Hansı xəstəliklər korluğa səbəb olur?  Əlaməti gözlərdən başlamır

13 noyabr tarixi Beynəlxalq gözdən əlillər günü idi. Dünya Səhiyyə təşkilatı fransız pedaqoqu, sağlığında görmə əngəlli uşaqlar üçün öz hesabına məktəb açan Valentin Qayunun şərəfinə bu günü təsis edib. 

Hazırda müasir tibb göz xəstəlikləri ilə yüksək səviyyədə mübarizə aparır, amma hələ də, insanlar gözə aid olmayan digər xəstəliklərin korluq yaradacağını bilmir. Təhlükə heç gözləmədiyiniz yerdən gələ bilər.

Son.az medicina.az-a istinadən daha çox korluğa səbəb olan başqa xəstəlikləri təqdim edir, hansı ki, əlamətləri heç gözlərdən başlamır.

1.Şəkərli diabet

Dünyada korluğa səbəb olan xəstəliklər içərisində birincidir. Diabetik retinopatiya insan şəkər diaqnozu qoyulduqdan 5-10 il sonra başlayır, gözlərin ən incə sinirləri, damarları sıradan çıxır, 90% xəstələr 20 il sonra korluqla üz-üzə qalır.

Müalicə endokrinoloq və retinopatiya üzrə mütəxəssis tərəfindən birgə aparılır. Qanda şəkərin səviyyəsi nə qədər çox olsa gözlər bir o qədər zərər çəkir.  Artıq katarakta və gözlərə qansızma çox olduqda, əməliyyat edilir.

2.Qlaukoma

Hələ də, müalicəsi tapılmayan bu göz xəstəliyi illərlə özünü biruzə vermədən, heç bir əlamət göstərmədən keçir. Xəstə artıq gecikmiş mərhələdə həkimə gedir. Qlaukoma zamanı gözdaxili təzyiq yüksəlir, görmə sinirləri ölür.

35 yaşdan sonra risk artır, yeganə profilaktika odtalmoloqdan ildə 1 dəfə keçməkdir. Gözdibi təzyiq varsa, xüsusi damcılar yazılır. Bəzi hallarda lazerlə müalicə olunur. Amma yenə də təhlükə qalır. Bunları etmədikdə isə göz sürətlə zəifləyir. 

Bu gün 10-20 ildir qlaukoma diaqnozu olsa da müalicə ilə hələ də görmələrini qoruya bilib, normal yaşayırlar.

(adsgarden = window.adsgarden || []).push({});