Küçəyə zibil atanı belə biabır edirlər


Digərləri 18 Noy 2019 23:33:00 326 0

Küçəyə zibil atanı belə biabır edirlər

Honkonqun qeyri-hökumət təşkilatı olan "Hong Kong Cleanup" təmizliyi və səliqəni pozanlarla mübarizə üçün maraqlı üsula əl atıb.

Belə ki, təşkilatın üzvləri küçələrdən zibilləri toplayaraq onlardan DNT nümunələri götürüblər. Onların əsasında qayda pozucularının fotorobotu hazırlanıb. Son.az bildirir ki, hazırlanmış fotoşəkillər plakatlar formasında insanların çox olduğu ictimai yerlərə vurulur.

Beləliklə, zibil atan şəxslərin kimliyi anonim qalmır və onlar ictimai qınağa tuş gəlirlər.

(adsgarden = window.adsgarden || []).push({});