Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir


Dünya 18 Noy 2019 23:36:00 337 0

Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir

Belçikada qaçqın ailələrinin birləşməsi üçün mövcud qaydaları sərtləşdirməyə hazırlaşırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin qaçqınlar məsələsi üzrə dövlət katibi, Flamandiya Millətçi Partiyasının üzvü Belçikada sığınacaq almış qaçqının öz ailəsini gətirə biləcəyi müddətin bir ildən azaldılaraq üç aya endirilməsi məsələsini hökumətin müzakirəsinə təqdim etməyə hazırlaşır.

Qonşu Hollandiya və Fransada analoji qaydalar artıq qüvvədədir. Belçikada bu qaydaların nəyə görə sərtləşdirilməsi bildirilmir.