Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb FOTO


Digərləri 18 Noy 2019 22:41:00 303 0

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb  FOTO

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət "Avanqard davamçısı. Azərbaycan gündəliyi" adlı sərgi açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Bakıda ilk dəfə keçirilən bu sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunur.

Tədbirdə çıxış edən jurnalist, tərcüməçi, fotoqrafın oğlu, onun arxivinin varisi Nikolay Xalip sərgidən böyük zövq aldığını söyləyib. Qeyd edib ki, Heydər Əliyev Mərkəzi möhtəşəm bir məkandır. O, sərginin açılması ideyasını alqışlayıb və təşkilatçılara öz dərin minnətdarlığını bildirib. "Ümid edirəm ki, ziyarətçilər də sərgidən mənim qədər zövq alacaqlar", - deyə N.Xalip bildirib.

Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim edilib.

Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işlərı ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunub.