Alimlərdən buzu əritmək üçün yeni kəşf


Digərləri 18 Noy 2019 22:28:00 264 0

Alimlərdən buzu əritmək üçün yeni kəşf

İllinoys Universiteti və Kyusyu Universitetinin (Yaponiya) tədqiqatçılar qrupu tərəfindən buzun səthlər üzərindən sürətli və effektiv şəkildə əridilməsinin yeni üsulu icad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, yeni üsul 1%-dən az enerji sərf etməklə məsələnin öhdəsindən ənənəvi metodlardan yüz qat daha sürətli şəkildə gəlir.

Yeni metod ənənəvi ərimə prosesindən fərqli olaraq üst qatdan alt qata doğru ərimə əvəzinə buzu "daxildən" əritməyi nəzərdə tutur. Beləliklə, alt təbəqədə su əmələ gəlir və bu da öz növbəsində buz örtüyünün səth üzərindən sürüşməsinə səbəb olur.

(adsgarden = window.adsgarden || []).push({});