Xəstəxanada 5 xəstəyə QİÇS yoluxdurdular Məhkəmə


Dünya 18 Noy 2019 22:04:00 336 0

Xəstəxanada 5 xəstəyə QİÇS yoluxdurdular  Məhkəmə

Xəstəxanada müalicə alarkən elə tibbi müəssisə daxilində QİÇS virusu yoluxdurulan pasiyentlərdən biri artıq məhkəmə yolu ilə kompensasiya almağa nail olub.

Son.az medicina.az-a istinadən bildirir ki, Rusiyanın Stavropol əyalətinin Budennovsk xəstəxanasında 5 pasiyentə bu təhlükəli virus keçib.

Rusiya Səhiyyə Nazirliyi bildirir ki, faktla bağlı araşdırma aparılır, günahkarlar cəzalanacaq.

Xəstələrin isə dövlət hesabına müalicəsinə başlanılıb.

Belə ki, infeksion şöbənin işçilərinin tibbi manipulyasiyalar və sanitar gigiyenik işlər zamanı təhlükəsizlik qaydalarını pozublar.