Gədəbəy sakini ağstafalını Qazaxda bıçaqladı


Kriminal 18 Noy 2019 22:10:00 313 0

Gədəbəy sakini ağstafalını Qazaxda bıçaqladı

Qazax rayonunda bıçaqlanma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Qazax şəhəri, N.Nərimanov və A.Kəmərli küçələrinin kəsişməsində olub.

Gədəbəy rayonu, Düzyurd kənd sakini Əliyev Ruslan İmran oğlu Ağstafa rayonu, Dağ Kəsəmən kənd sakini Bilalov Bəşir Kəmaləddin oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində R.Əliyev B.Bilalovun baş və qarın nahiyəsinə bıçaqla zərbə endirərək ağır xəsarət yetirib.