Kolumbiyalı ulduz XƏSTƏLİYİNDƏN DANIŞDI: "Həyat yoldaşım çətin anlarımda..."


Digərləri 18 Noy 2019 21:45:00 371 0

Kolumbiyalı ulduz XƏSTƏLİYİNDƏN DANIŞDI: "Həyat yoldaşım çətin anlarımda..."

Kolumbiyalı müğənni Şakira xəstəliyindən danışıb.

Son.az xəbər verir ki, "The Guardian"a müsahibə verən ulduz 2017-ci ildə səs tellərində qanaxma olduğunu və bu səbəbdən də yaxınları ilə yazılı qeydlərlə ünsiyyət saxladığını deyib:

"Həkimlər təcili müdaxilənin lazım olduğunu desələr də, meditasiya və hipnoz məni sağaltdı. Lakin problemin təkrarlana biləcəyindən qorxuram. Ona görə də daim müayinələrdən keçirəm. Hər səhnəyə çıxışımı taleyin hədiyyəsi hesab edirəm. Həyat yoldaşım Jerar Pike çətin anlarımda daim yanımda oldu. O, mənə dözdü. Bəzən elə olurdu ki, çarpayıdan qalxmağa belə halım olmurdu. Vaxtımın əsas hissəsini ailəmlə keçirməyə çalışıram".

Şakira bildirib ki, karyera ilə ailə arasındakı balansı qoruyub saxlaya bilmək çox çətindir:

(adsgarden = window.adsgarden || []).push({});