Kloun həkimlər təşkilatının 25 illiyi qeyd olunur


Digərləri 18 Noy 2019 21:35:00 295 0

Kloun həkimlər təşkilatının 25 illiyi qeyd olunur

Təbəssüm ən yaxşı dərmandır. Bu fikirlər təkcə xəstələr üçün deyil, eyni zamanda, hansısa səbəbdən əhval-ruhiyyəsi yerində olmayan insanlar üçün də keçərlidir. Düz 25 il bundan əvvəl xüsusi tibbi təlim əsasında klounları öz ətrafında birləşdirən "Qırmızı burunlar - kloun həkimlər" təşkilatının məqsədi də gülüş və təbəssüm sayəsində xəstələrin əhvalını yaxşılaşdırmaq, onlara yenidən həyat eşqi, həmçinin ümid bəxş etməkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1994-cü ildə təsis olunan təşkilatın ilkin məqsədi müxtəlif xəstəxanalarda müalicə alan uşaq və gənclərə baş çəkməkdən ibarət olsa da, klounların fəaliyyətinin müsbət nəticəsi sonrakı illərdə onların spektrini daha da genişləndirdi. Klounlar hazırda xəstə uşaqlarla yanaşı, qocalar evləri, qaçqınlar üçün mərkəzlər və həmçinin ayıq koma vəziyyətində olan xəstələrə də baş çəkirlər.

Təşkilatın yubiley münasibətilə açıqlamasında bildirilib ki, Avstriya və daha doqquz ölkədə qırmızı burunlu klounlar il ərzində təxminən 600 min pasiyentə baş çəkirlər. "Təbəssüm ən yaxşı dərmandır" devizi ilə yola çıxan klounlar 25 il ərzində yeddi milyon insanı güldürməyi, həyata olan ümidlərini artırmağı və onlara yenidən motivasiya verməyi bacarıblar.

(adsgarden = window.adsgarden || []).push({});