Havaların yağmurlu keçməsi çılpaq ilbizlərin çoxalmasına səbəb olub Onlardan necə qorunmalı?


Digərləri 18 Noy 2019 21:20:00 340 0

Havaların yağmurlu keçməsi çılpaq ilbizlərin çoxalmasına səbəb olub  Onlardan necə qorunmalı?

Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki mühafizəsi mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran-Astara bölgəsində aparılan müşahidələrə əsasən, son vaxtlar hava şəraitinin yağmurlu keçməsinin çılpaq ilbizlərin aktivləşməsinə səbəb olduğu müəyyənləşib. Son.az bildirir ki, bununla bağlı Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda qeyd edilib ki, Azərbaycanda çılpaq ilbizlər - limaks (Limax tiqris talyschanus Boettq) və parmatsella (Parmaclla olivieri Cuv.) əsasən Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində geniş yayılıb.

Bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

İlbizlərdə yumurta qoyma prosesi iyulun axırlarında başlayır və avqustun əvvəllərinə kimi davam edir. Bir dişi ilbiz 400-ə qədər yumurta qoyur. Yumurtalar adətən bitki qalıqlarının, kəsəklərin və digər tullantıların altında topa halında (mövsüm ərzində hər dişi ilbiz 8-10 topa) qoyulur. Hər topada 9-dan 50-yə qədər yumurta olur. Yumurtalardan sürfələrin çıxması 12-20 gün davam edir.

Onlar növ tərkibindən asılı olaraq ildə 1-2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlər kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin generativ orqanlarına zərər verir.

Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:

Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmizlənməli və cərgə araları vaxtında kultivasiya edilməlidir.