Sumqayıtda yarımstansiyadan naqil oğurlamaq istəyən şəxsi cərəyan vurub öldürdü


Digərləri 18 Noy 2019 20:09:30 240 0

Sumqayıtda yarımstansiyadan naqil oğurlamaq istəyən şəxsi cərəyan vurub öldürdü

Sumqayıtda elektrik yarımstansiyasına müdaxilə edən kişini elektrik enerjisi vurub öldürüb.

Bakı. Samir Əli - Sumqayıtda elektrik yarımstansiyasına müdaxilə edən kişini elektrik cərəyanı vurub öldürüb. Trend-in məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib. 17-ci mikrorayon, 52-ci binanın qarşısındakı yarımstansiyada 35-40 yaşlı naməlum kişi meyiti aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs yarımstansiyanın açar yerinə mexaniki yolla müdaxilə edərək qapını açıb və içəri daxil olub. Elektrik naqillərini oğurlamaq məqsədilə kəsərək toplayıb, növbəti naqili kəsərkən onu elektrik cərəyanı vurub öldürüb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin