Ukraynada məktəb bağlandı - Koksaki virusu


Digərləri 18 Noy 2019 19:16:00 249 0

Ukraynada məktəb bağlandı - Koksaki virusu

Ukraynanın Odessa şəhərində orta məktəblərdən biri Koksaki virusunun yayılması ilə əlaqədar karantinə bağlanıb.

Bakı. Ukraynanın Odessa şəhərində orta məktəblərdən biri Koksaki virusunun yayılması ilə əlaqədar karantinə bağlanıb. Trend-in məlumatına görə, məktəbdə yoluxanların sayı barədə bildirilməsə də, şagirdlərin 30 faizdən çoxunda xəstəlik aşkarlandığı təqdirdə karantin tətbiq olunur. Hazırda şagirdlər həkim müayinəsindən keçirilir. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, Koksaki virusu səpki ilə müşayiət olunan kəskin respirator xəstəlikdir və bu virusa yoluxma sürətlə baş verir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin