Xəzər sahilində üzüağ, başıdik duran Sumqayıtın real görüntüləri


Digərləri 18 Noy 2019 18:44:00 334 0

Xəzər sahilində üzüağ, başıdik duran Sumqayıtın real görüntüləri

Vaxtilə "Sumqayıt" adını eşidən kimi istər-istəməz "qazovka", "promzona", yaxud "kriminal" sözləri yada düşürdü. Coğrafi baxımdan respublikamızın ən gözəl yerlərindən birində yerləşən torpaqlar Sovet İttifaqı dövründə, əlbəttə ki, o vaxtkı SSRİ hakimiyyətində yüksək vəzifə tutan ermənilərin dəst-xətti ilə bütün kimyəvi zavodların cəmləşdiyi kiçik şəhərə çevrilir.

Son.az Axar.az-ın Sumqayıt haqda hazırladığı yazını təqdim edir:

Beləliklə, Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasında bol yaşıllıqlı, dəniz yahilində yerləşən gözəl məkanı ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir və 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.

Elə həmin dövrlərdə babamı Quba rayon QAİ-dən Sumqayıta ezam edirlər. Babam Musa Məmmədov Sumqayıtın hazırkı Dövlət Yol Polisinin (o vaxtlar QAİ) rəis müavini vəzifəsinə təyin olunur. Sumqayıtda 2-ci mikrorayon ərazisində evlə təmin edilir. Bu ev indi də bizim böyük ailəmizin baba ocağı olaraq qalır. Babam 49 yaşında vəfat etməsinə baxmayaraq, ailəsi - yoldaşı əməkdar müəllimə statuslu nənəm Fizzə Məmmədova və övladları Sumqayıtda yaşamağa davam edir.

Mən də Sumqayıtda doğulmuşam. Həmin o danışdığımız "qazovka"nı da hiss etmişəm, "promzona"nı da görmüşəm. Açığını deyim, heç bir sumqayıtlı bu şəhər barəsində pis danışılmasını sevmir. Düzdür, hamımız bilirik ki, deyilənlər yalan deyildi. Həqiqətən də şəhər dünyanın belə ən çirkli yerlərindən sayılırdı. Amma biz yenə də inanırdıq ki, bu şəhər nə vaxtsa respublikamızın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Bir çox parametrlərə görə Sumqayıt həmişə qabaqcıl yerlərdə olub. Məsələn, təhsil (Sumqayıt məktəblərinin məzunları respublika üzrə daim ali məktəblərə qəbullarda rekordlara imza atıb), idman (Sumqayıt idmançıları nəinki respublikada, hətta dünya miqyasında ad qazanmağı bacarıb) və s.

Mən də bu şəhərdə böyüdüm, təhsil aldım. Amma doğma, cavan şəhərim illər keçdikcə baxımsızlıq ucbatından qocalmağa başladı. Yollar bərbad, məktəblərdə SSRİ-dən qalma təmir, kriminal...

Artıq nə qədər bu şəhəri sevsəm də, ailə qurub Bakıya üz tutanlardan biri də mən oldum. İllər keçirdi, amma Sumqayıt inkişaf etməkdənsə geriyə addımlayırdı...

(adsgarden = window.adsgarden || []).push({});