Rusiya saxlanılan gəmiləri Ukraynaya təhvil verdi


Dünya 18 Noy 2019 19:04:00 269 0

Rusiya saxlanılan gəmiləri Ukraynaya təhvil verdi

Rusiya tərəfindən saxlanılan 3 gəmi Ukraynaya təhvil verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 15-də məlum olmuşdu ki, Moskva gəmiləri Kiyevə dekabrın 9-da keçirilməsi planlaşdırılan "Norman formatında" sammitdən əvvəl geri qaytarmağa qərar verib. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi gəmilərin təhvil verilməsinin qarşıdakı hadisə ilə əlaqəli olmadığını bildirmiş və gəmilərin Ukrayna tərəfinə qaytarılması təklifinin aktuallığını itirmədiyini xatırlatmışdı.