Məşhur xəbər agentliyinin redaktoru itdi
Dünya 18 Noy 2019 18:39:00 313 0
Məşhur xəbər agentliyi "İnterfaks"ın redaktoru Marqarita İqnatova Moskvada itib.
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, jurnalistlə dünəndən əlaqə kəsilib. Mobil telefonuna zəng çatmayan Marqarita sonuncu dəfə noyabrın 17-də səhər saatlarında kilsədə olub. Kilsədən çıxdıqdan sonra isə ondan xəbər alınmayıb.
Marqarita agentliyə də getməyib.
Mənbə: milli.az