Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib


Siyasət 18 Noy 2019 18:09:00 344 0

Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyinin Türkiyəyə səfəri başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə icmanın sədri Tural Gəncəliyev məlumat verib.

İcma rəhbəri qeyd edib ki, uğurlu və məhsuldar Los-Anceles səfərindən sonra Qarabağ icması üzvləri artıq Ankaradadır: "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevlə birlikdə Türkiyənin ən tanınmış düşüncə mərkəzində ilk görüşümüzü keçirdik. Maraqlı görüş və tədbirlər irəlidədir. Qarabağ həqiqətlərini yaymaqda davam edəcəyik".