Eldar da Damlanı bəyənmir


Şou-biznes 18 Noy 2019 17:44:00 397 0

Eldar da Damlanı bəyənmir

"Eurovision 2011" qalibi Eldar Qasımov müğənni Damlanın mahnılarını tənqid edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində şou-biznesdəki bayağı mahnılardan bəhse dib:

"Seçim yoxdur. İnsanlar ancaq bayağı musiqiyə qualq asır. Hansısa qeyi-peşəkar ifaçı elə mahnı ilə çıxır, çarxları vurub dağıdır, birinci pilləyə yüksəlir. Damlanın klipi yaxşı idi: rəngarəng geyimi, saçları var idi.  Çox qəşəng görünürdü. Amma obraz mahnıya uyğun gəlmirdi. Peşəkar kimi deyirəm, mahnı yaxşı deyildi. 

Dediklərimin insanlığına aiddiyatı yoxdur, çünki tanımıram. Ancaq İnstaqramda üzünü görmüşəm. Amma mahnılarını bəyənmirəm.