İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı


Digərləri 18 Noy 2019 17:49:00 289 0

İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı

Oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Suleyman azadlığa buraxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, adıçəkilən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdilər.

Noyabrın 18-də həmin şəxslərin cəza müddəti başa çatıb və onlar azadlığa buraxılıblar.

İcazəsiz aksiyada ictimai qaydanı pozduğu üçün inzibati həbs edilən Seymur Həzi də noyabrın 16-da azadlığa çıxıb.

Xatırladaq ki, özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirməyə cəhd ediblər.