Ad günündə sevgilisini və dostunu güllələdi


Dünya 18 Noy 2019 17:39:00 251 0

Ad günündə sevgilisini və dostunu güllələdi

İstanbulun Aydın ərazisində oğlan parkda sevgilisini və dostunu güllələyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı Məhəmməd Gürsoyla sevgili olan 19 yaşlı Mərvə Kotan ayrılmaq istəsə də, Məhəmmədin təhdidlərindən çəkinərək ayrıla bilməyib.

Mərvənin əvvəl-axır ondan ayrılacağını bilən Məhəmməd ona "qara yaxmaq" üçün çirkin plan hazırlayıb.

O, dostu 22 yaşlı Ekim Türkməni və sevgilisini eyni vaxtda parka çağıraraq, ad gününü qeyd edəcəyini deyib.

Onlar parkda içki içib, söhbət ediblər.

Söhbət əsnasında yenidən Mərvə ayrılacağını söyləyəndə, Məhəmməd iki gün əvvəldən avtomobilində saxladığı silahı götürərək, onun başından silahla vurub.