“Əsl ana itkisini indi gördüm” Şəbnəm Tovuzluya ağır itki


Şou-biznes 18 Noy 2019 17:19:00 340 0

“Əsl ana itkisini indi gördüm”  Şəbnəm Tovuzluya ağır itki

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi ifaçı Şəbnəm Tovuzlu olub. Son.az xəbər verir ki, xalasını itirən müğənni özünü bağışlaya bilmədiyini deyib: "Ana itkisi görməmişdim. İnsan 1 yaşında ananın nə olduğunu bilmir. Əsl ana itkisini, əsl ağrını indi gördüm. Göz açıb xalamı ana bilmişəm. Anamın məzarına gedirəm gözümdən yaş axmır. Amma xalamın ölümü mənə çox təsir etdi. Ayın ikisi yanına getdim. Ağramırdı, şikayəti də yox idi. Məni həsrətlə öpüb yola saldı. Heç uşaq vaxtı məni elə öpməmişdi. Bəlkə də hiss edirdi. Səhəri gün zəng edib keçindiyini dedilər. Özümü bağışlaya bilmirəm. Necə olub ki, mən bunu hiss etməmişəm. Son olaraq məndən xahişi o oldu ki, "Səni and verirəm Allaha Güneli vurma." Ən böyük arzusu Əlinin kiçik toyunu görmək idi. Qismət olmadı".