Azərbaycan Cənubi Koreya axtarış saytlarında ilk pillələrdə yer alıb (FOTO)


Digərləri 18 Noy 2019 17:09:00 287 0

Azərbaycan Cənubi Koreya axtarış saytlarında ilk pillələrdə yer alıb (FOTO)

“Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın ən böyük axtarış platformaları olan “Naver” və “Daum”da ən çox axtarılan sözlər siyahısında ilk pillələrdə yer alıb.

Bakı. Ceyhun Ələkbərov - “Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın ən böyük axtarış platformaları olan “Naver” və “Daum”da ən çox axtarılan sözlər siyahısında ilk pillələrdə yer alıb. Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən bildiriblər. Cənubi koreyalılar tərəfindən Azərbaycana marağın artmasına ölkənin nüfuzlu “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və populyar “Battle Trip” səyahət verilişinin Bakıda çəkilən proqramı səbəb olub. Veriliş efirə getdikdən və “Youtube” kanalında yayımlandıqdan sonra Azərbaycan haqda onlayn axtarışların sayı çoxalıb. Belə ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Battle Trip” səyahət verilişi oktyabr ayında Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıb.