Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb (FOTO)
Digərləri 18 Noy 2019 16:54:00 313 0
Çin nümayəndə heyəti Azərbaycan ilə Çin arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması ilə əlaqədar ölkəmizə səfərə gəlib.
Bakı.
Çin nümayəndə heyəti Azərbaycan ilə Çin arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması ilə əlaqədar ölkəmizə səfərə gəlib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Ramin Quluzadə Çinin Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin Baş direktoru Xu Yahuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələləri müzakirə edilib.
Mənbə: az.trend.az